“Azərbaycan dövləti gənclərə etibar edir”
20:52 05.02.2015
Arxiv
486
Əli Həsənov: “...Onların təkliflərini strategiyalara çevirir”
"Bu gün yürüdülən gənclər siyasətinin ümummilli lider Heydər Əliyev tərəfindən əsasının qoyulmasından bizi 20 il ayırır.
1995-ci ildə ilk Gənclər Forumu keçirilib və gənclər siyasətinin təməli qoyulub, 1997-ci ildə isə 2 Fevral - Gənclər günü elan edilib. 25 oktyabr 2011-ci ildə isə prezident İlham Əliyevin iştirakı ilə 6-cı Gənclər Forumu keçirilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Bunu dünən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na həsr olunmuş iclasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Gənclər siyasəti bu sahədə qəbul edilən proqramlardan, Gənclər Fondunun yaradılmasından söz açan Ə. Həsənov ötən dövrdə Gənclər Fondu tərəfindən 1865 layihəyə dəstək verildiyini, 608 gənclər təşkilatının, 1197 fərdi gəncin layihəsinə maliyyə ayrıldığını qeyd edib: "Yaxın vaxtlarda gənclər mərkəzlərinin sayı 50-ni keçəcək. Bu gün iclasında iştirak etdiyimiz İctimai Şuranın toplantısı göstərir ki, dövlətimiz gənclər siyasətini bilavasitə gənclərin iştirakı ilə formalaşdırılır. Azərbaycan dövləti həm gənc nəslə etibar edir, qayğıları ilə məşğul olur, həm də gənclərin təkliflərini strategiyalara çevirir. Prezident dəfələrlə bəyan edib ki, siyasətimiz vətəndaşlara xidmət, onların problemlərinin həlli üzərində qurulub. /apa/ Bu siyasətin mərkəzində insan amili durursa, bunun da əsasında gənclər dayanır. Heç bir Azərbaycan vətəndaşı demir ki, valideynləri, dostları üçün yaşayıram, deyir ki, övladları üçün yaşayır. Dövlətin gənclər siyasəti də bu əsasda qurulub”.
Ə. Həsənov gəncləri Strategiyanı təhlil etməyə çağırıb: "Bu gün burada yaxşı təkliflər səsləndi. Əminəm ki, bu təkliflər əsasında fəaliyyət planları hazırlanacaq və 10 il sonra yeni Strategiya qəbul edərkən bu Strategiyanın uğurla həyata keçdiyini qeyd edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual