"Azərbaycan mürəkkəb dünyada sabit ölkə olaraq qalıb" - Açıqlama
08:42 07.02.2018
Arxiv
832
"Beynəlxalq təşkilat rəsmilərinin Azərbaycana səfəri ölkəmizin getdikcə artmaqda olan rolu və nüfuzu ilə əlaqədardır”.
Bunu "Sherg.az”a ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tseretelinin Azərbaycana səfəri haqqında danışarkən politoloq Elşən Manafov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan mürəkkəb dünyada sabit ölkə olaraq qalıb:
"Xarici ölkələrin investisiya yatırması üçün ən təhlükəsiz ölkələrdən biri məhz Azərbaycandır. Həmçinin Azərbaycanın Avropaya inteqrasiyası amilləri də beynəlxalq təşkilatların diqqətini çəkir. Tranzit yollarının üzərində yerləşən ölkə olduğuna görə, Azərbaycan vasitəsilə Avropadan Asiyaya aparıla bilən malların çatdırılma müddəti iki-üç həftə qısaldılır. Bu da transmilli şirkətlər üçün ciddi önəm kəsb edən müddətdir. Ona görə, Azərbaycanın geostrateji mövqeyi dünya dövlətlərinin diqqətində olub.
Cənub Qaz Dəhlizinin istismara verilməsindən sonra Azərbaycan ciddi iqtisadi dividentlərlə yanaşı siyasi dividentlər də əldə edəcək. Avropa enerjiyə olan ehtiyacını şaxələnmiş yollarla təmin edir. Avropanın əsas problemi enerji məsələsində Rusiyadan asılılığı azaltmaqdır. Bu baxımdan Azərbaycan adıçəkilən kəmərlərin də istifadəyə verilməsindən sonra Avropanın enerji təminatında əsas dövlətlərdən birinə çevrilə bilər.
Nəhayət, Cənubi Qafqazın bütövlükdə uğurlu şəkildə Avropaya inteqrasiyası Azərbaycanın da bu prosesə qoşulmasına şərait yaradır. Azərbaycan Cənubi Qafqazda dövlətlər arasında müstəqil, suveren dövlət siyasəti yeridən dövlət təsiri bağışlayır. Azərbaycanın regional dövlət olaraq, müstəqil siyasət yeritməsi, atdığı qəti addımlar, Avropa ilə əməkdaşlığı genişləndirmək əzmi Avropa institutlarının diqqətindən yayınmır. Buna görə, Azərbaycana olan marağın güclənəcəyini düşünürəm".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm