Azərbaycana qonşu ölkələrdən köhnə avtomobil hissələri gətirilir
23:31 05.02.2015
Arxiv
3003
“Qiymətlər ucuzlaşdıqca, köhnə avtomobillərdən ehtiyat hissələrinin çıxarılıb satılması kimi halların qarşısı alınar”
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycana qonşu ölkələrdən müvəqqəti olaraq köhnə avtomobillər gətirilir və bəzi hallarda burada ehtiyat hissələri çıxarılaraq satılır: "Bu yalnız Gürcüstana yox, bütün qonşu ölkələrə şamil edilir”.
Komitə sədrinin sözlərinə görə, bu səbəbdən artıq bir neçə aydır qurum qonşu ölkələrdən bu cür avtomobillərin gətirilməsi üçün ölkə daxilində zamindurma tələbi irəli sürüb.
İqtisadçı-ekspert Natiq Cəfərlinin qənaətincə, belə halların qarşısını almaq üçün Dövlət Gömrük Komitəsi gömrük rüsumu məsələsinə baxaraq Azərbaycana gətirilən avtomobil ehtiyat hissələrinin ölkəyə sərbəst keçidinə icazə verməlidir: "Çünki Azərbaycanda avtomobil ehtiyat hissələri istehsal olunmur. Əgər avtomobil ehtiyat hissələrinin ölkəyə gətirilməsinə tam icazə verilərsə, bunun satışı ilə məşğul olan şəxslərin sayı artar. Həm də belə malların qiyməti ucuzlaşar. Qiymətlər ucuzlaşdıqca, köhnə avtomobillərdən ehtiyat hissələrinin çıxarılıb satılması kimi halların qarşısı alınar”.
N.Cəfərli ehtiyat hissələrinin baha olmasını birbaşa gömrükdə tətbiq edilən rüsumla əlaqələndirib: "Buna görə də yeni ehtiyat hissələrinin qiymətləri yüksəkdir və sürücülər köhnə avtomobillərin ehtiyat hissəsini almağa üstünlük verirlər. Təbii ki, hər bir şəxs, elə mən də sürücü kimi yeni və keyfiyyətli ehtiyat hissəsi almaq istəyərik. Lakin qiymətlərin münasib olmaması buna imkan vermir”.
Ekspert təklif edir ki, qadağalar və yeni qaydalar tətbiq etməklə yox, iqtisadi vasitələrlə problem həll edilsin: "Bu zaman gömrük rüsumları kifayət qədər aşağı olarsa və bu sektorda rəqabətli mühit yaranarsa, həm gömrük rüsumlarından, həm də gətirilən ehtiyat hissələrinin satışından gəlir vergisi tətbiq etmək dövlət büdcəsinə daha çox gəlir gətirmək mümkündür”.
Vüqar Şahinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual