Azərbaycanda bütün ali məktəblərin statusu dəyişdirilir
12:38 19.02.2015
Arxiv
683
Azərbaycanda ali məktəblərin statusunun dəyişdirilməsi, tədris universitetlərinə tədqiqat statuslarının verilməsi təklif olunur.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış "Elm haqqında” qanun layihəsinin bir sıra maddələrində əks olunub.
Layihəyə əsasən ali məktəblər eyni zamanda "Tədqiqat universiteti” adını da daşıya biləcək.
"Tədqiqat universiteti” statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada veriləcək. Layihədə qeyd olunub ki, tədqiqat universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır. Elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.
Qeyd edək ki, qanun layihəsi fevralın 24-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm