Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur
11:04 19.02.2018
Arxiv
606
Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb.
APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.
Bülletendə deyilir ki, regional planda respublika ərazisi tamamilə sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub. İntensiv sıxılma prosesləri Böyük Qafqazın cənub yamacı, Abşeron periklinalı, Kür depresiyası və Cənub tektonik zonasının şimal-şərq kəsimlərini əhatə edib: "Regional planda respublika ərazisində iki lokal sıxılma Bakı - Siyəzən, Zaqatala - Balakən və bir genişlənmə (Naxçıvan - Culfa) gərginlik deformasiya strukturları müşahidə olunmaqdadır: "Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin geodinamik proseslərlə korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Abşeron yarımadası, Böyük Qafqaz və Kür depresiyası, eləcə də Naxçıvan zonasında geostrukturları praktik olaraq vahid geodinamik struktur kimi özünü göstərir və bu strukturun Xəzər akvatoriyası ilə Bakı-Siyəzən, Naxçıvan-Ordubad, Zaqatala-Balakən və Tovuz-Qazax seysmoaktiv zonaları daha intensiv geodinamik proseslərin təsirinə məruz qalır. Abşeron yarımadasında bir sıxılma və bir genişlənmə gərginlik deformasiya strukturunu özündə birləşdirir. Şamaxı-İsmayıllı seysmoaktiv zonası isə demək olar ki, bütövlükdə sıxılma gərginlik deformasiya proseslərinin təsiri altındadır. Sıxılma gərginlik deformasiya strukturu Şamaxı-Yekəxana istiqamətində daha da intensivləşməkdədir. 11.01.2018-ci il tarixdə Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Ümumən, ölkə ərazisində kontrast geodinamik şərait davam etməkdədir. Regionda baş verən proseslər intensiv geodinamik şəraitin formalaşdığını ehtimal etməyə əsas verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm