Azərbaycanın işğal olunmuş ərazilərində daha bir erməni əsgər ölüb



Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçu həlak olub.

"Sherg.az" xəbər verir ki, hospitala yerləşdirilən 2000-ci il təvəllüdlü Frunzik Tamazyanı həkimlər xilas edə bilməyib. İlkin diaqnoza əsasən, əsgər qaraciyər çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlarda Ermənistan ordusunda ölüm halları artıb.