"Azərbaycanın müzakirə məkanı kimi seçilməsi ölkəmizin nüfuzundan xəbər verir"






"NATO və Rusiya hərbçilərinin Bakıda görüşməsi artıq ənənə halını alıb”.

Bunu"Sherg.az”a açıqlamasında politoloq Zaur İbrahimli deyib.

Ekspert bildirib ki, Azərbaycanın müzakirə məkanı kimi seçilməsi ilk növbədə ölkəmizə olan etibar və etimaddan, onun nufuzundan xəbər verir:

 "Bu göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır, regionla bağlı müxtəlif maraqları balanslaşdıra, maksimum səviyyədə öz xarici siyasət xəttinin müstəqliyyini qorumağa çalışır. Azərbaycan hazırda regional inteqrator ölkə kimi çıxış edir. Ölkəmiz regional nəqliyyat dəhlizləri, tranzit, enerji layihələrinin əsas təşəbbüskarı və lokomotivi kimi çıxış edir. 

Azərbaycanın bu istiqamətdə təşəbbüsləri Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstanı əməkdaşlığa cəlb edir. Yalnız Ermənistan öz işğalçılıq siyasətinə görə bu layihələrdən kənarda qalıb. Dövlətimiz beynılxalq səviyyədə də inteqrasiya təşəbbüslərinə dəstək verir. 

Azərbaycann təşəbbüsü ilə multukultural, tolerantlıq dəyərləinin daha geniş yayılması üçün qlobal səviyyədə hərəkata start verilib. Bakıda keçirilən Humanitar Forumlar bu məsələlərin müzakirə edildiyi əsas platforma kimi nəzərdən keçirilir. Bütün bu təşəbbüslər Azərbaycanın mövqeyini gücləndirir və təsir imkanlarını artırır. NATO və Rusiya hərbçilərinin Bakıda görüşməsini məhz bu kontekstdə qiymətlədnirmək lazımdır”.

İsmayıl