Azərbaycanlılar arasında daha bir mafiya hesablaşması - İstanbulda
08:07 03.01.2018
Arxiv
484
İstanbulda azərbaycanlılar arasında daha bir mafiya hesablaşması baş verib. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycandan olan iş adamı, podratçı şirkətin sahibi İ.G. polisə müraciət edərək 2 Azərbaycan vətəndaşının onu "Glock” markalı tapança ilə təhdid edərək "Mercedes” markalı avtomobilini və 27 min dollar dəyərində olan iki qol saatını qəsb etdiklərini bildirib.
İş adamı şikayətində göstərib ki, soyğunçular avtomobili və saatları geri qaytarmaq üçün ondan 40 min dollar tələb edirlər. Habelə iş adamı soyğunçuların onu ailəsiylə də təhdid etdiyini göstərib.
İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində biznesmenə bildiriblər ki, soyğunçularla əlaqə yaradıb onların şərtini qəbul etdiyini, pulu verəcəyini bildirsin. Azərbaycanlı iş adamı belə də edib və İstanbul Fatihdəki ticarət mərkəzlərindən birinin kafesində soyğunçularla görüş təyin edib.
İ.G. hadisədən bir gün sonra axşam saatlarında kafedə soyğunçularla görüşüb. Bu vaxt əməliyyatçılar da mülki geyimdə yan masada oturmuşdular və cinayətkarları gözləyirdilər. Görüş başlayanda polis hərəkətə keçib və 4 nəfər soyğunçunu yaxalayıb. Onlar Azərbaycan vətəndaşları R.H. və S.A., habelə Türkiyə vətəndaşları Ş.S. və İ.G.-dir. Polis saxlananların üzərində axtarış aparıb və iş adamının avtomobilinin açarını, sənədini, qol saatlarını və "Glock” markalı tapança aşkar edib. Qəsb olunan avtomobil ticarət mərkəzinin avtoparkında tapılıb.
Saxlanılan soyğunçular məhkəməyə çıxarılıb, onlardan ikisi-Azərbaycan vətəndaşları barədə əbs qətimkan tədbiri seçilib. Qalan ikisi isə polis nəzarətinə verilməklə sərbəst buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm