Bacılar cinayəti etiraf etdilər...






İzmirdə 19 və 18 yaşındakı iki bacı, eyni evdə qaldıqları barmen 33 yaşındakı Ferit Dəmiri tapançayla öldürdü.

Bacılar, hadisədən bir gün sonra əllərində bir tapançayla polisə gedərək, cinayəti etiraf etdi. Bacıların ifadə etdiyi ünvana gedən polislər, Dəmirin cəsədini tapdı. Evdə bacılar ilə Ferit Dəmir arasında hələ məlum olmayan bir səbəblə mübahisə çıxıb. İddiaya görə mübahisə böyüyüncə bacıların evdən ayrılma istəyinə Ferit Dəmir qarşı çıxıb. H. D., onlara mane olan Ferit Dəmiri, özünə aid olduğu ifadə edilən sənədsiz tapançayla vuraraq öldürdü. Bacılar, cinayətin ardından evdən çıxıb getdi və bir gün boyunca başqa bir ünvanda qaldı. H. D. və qardaşı G. D., dünən günortadan sonra hadisənin baş verdiyi mənzilin təxminən 150 metr uzağındakı Bayraqlı Polis Mərkəzinə tapançayla gəlib polislərə təslim oldu.