"Çörəyin və digər ərzaq məhsullarının bahalaşması və ya bahalaşacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə "Sherg.az”a iqtisadçı ekspert Fuad İbrahimov bildirib.
O qeyd edib ki, əgər manat ucuzlaşardısa, ərzaq məhsullarının qiymətində fərqlər meydana çıxa bilərdi:
"Yox əgər hazırda manatın məzənnəsi stabildirsə, ucuzlaşması prosesi də getməyəcək, yəni ərzaq bahalaşması məsələsi öz aktuallığını itirəcək. Əlbəttə, "qiymətlər bahalaşacaq” deyib, süni şəkildə qiymət artıranlara rast gələ bilərik.
Amma bu heç də qiymətlərin bahalaşması anlamına gəlməli deyil. Bu cür qanunsuzluqlara yol verənlər qarşı bu işə nəzarət edən qurumlarda 2019-cu ilin əvvəlindən dəyişikliklər baş verir. Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Nazirliyi müəyyən addımlar atır.
Yeni qanunvericilik bazası və təlimatlarla bu ilə hazırlıq görülür. Belə amillər istənilən məqamda müvəqqəti də olsa, qiymət dəyişmə prosesinə təsir göstərir. Bir sözlə, belə süni şəkildə həyata keçirilən bahalaşmaları makroiqtisadi səviyyədə qiymət artımı kimi dəyərləndirmək doğru deyil. Bunun üçün heç bir əsas yoxdur. Çünki iqtisadiyyatımızın vəziyyəti sabitdir”.
Ekpert onu da əlavə edib ki, bəziləri gündəmə gəlmək üçün provokasiya xarakterli şaiyələr yayır. Amma Azərbaycanda hazırkı vəziyyətdə kəskin bahalaşma üçün riskli mühit yoxdur:
"Hansısa məhsulun bahalşması ehtimalı ola bilər. Ancaq bu sahibkar fəaliyyətindən, tələb və təklif balansından, mövsümi göstəricidən və s. biznes mühütünü şərtləndirən amillərdən irəli gələ bilər. Ancaq hökumət tərəfindən kütləvi şəkildə bahalaşmanın olacağı heç bir institutsional faktlara söykənmir".
Çörəyın bahalaşmasına gəlincə, F.İbrahimov vurğulayıb ki, Azərbaycan hökuməti strateji Qida təhlükəsizliyi siyasəti ilə bağlı MDB dövlətləri arasında liderlər sırasındadır və bununla bağlı lazımi tədbirlərin görülməsi istiqamətində dayanqlığını quruyub saxlayır:
"Baxın, bu gün dünya bazarında taxılın qiyməti bahalaşdığı halda ölkəmizdə çörəyin qiyməti, eləcə də un məmulatlarının qiyməti stabil saxlanılır".
Qeyd edək ki, Bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə əsassız şəkildə qiymə artımı ilə bağlı məlumatlar yayılır. Belə məlumatlar süni şəkildə əhalidə narazılıq yaratmaq məqsədi güdür.
Ayyət Əhməd