Bahar Muradova: Almaniya və Türkiyənin həmsədrliyə cəlb olunması barədə təklifimiz ATƏT-də müzakirə ediləcək"
16:46 23.02.2015
Arxiv
708
"Fəaliyyətdə olan sədr İvitsa Daçiç təklifə baxılacağını bildirdi"
"Azərbaycanın ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilər qrupuna Almaniya və Türkiyənin də qoşulması, beşliyin (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya), Sədrlər Şurası deyilən bir qurumun yaradılması təklifinə qurumun fəaliyyətdə olan sədri İvitsa Daçiç əvvəlki sədrlərdən fərqli olaraq etiraz etməyib. Əksinə, bunun müzakirə olunacağını deyib”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, Azərbaycanın təklifinə cavab olaraq İ. Daçiç bu məsələnin üzərində iş aparılacağını söyləyib: "Ermənistan tərəfi dərhal etiraz etdi. Lakin buna baxmayaraq, Türkiyə ilə Almaniyanın Minsk Qrupunun həmsədrləri sırasına qatılması məsələsi əvvəlki vaxtlardan fərqli olaraq, bu dəfə ATƏT rəhbərliyi tərəfindən etirazla qarşılanmadı”.
B. Muradovanın sözlərinə görə, Azərbaycanın bu təklifi kifayət qədər əsaslıdır: "Almaniya Avropanın lider ölkəsidir. Bu yaxınlarda Angela Merkelin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmasının zəruriliyi barədə fikrini nəzərə alaraq deyə bilərik ki, bu ölkənin iştirakı prosesə ciddi təsir göstərə bilər. Türkiyənin Cənubi Qafqazdakı rolunu, Ermənistanla sərhəd problemini Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqələndirməsini nəzərə aldıqda bu ölkənin də prosesdə iştirakının çox əhəmiyyətli olduğunu söyləmək olar. Ona görə də biz əsaslandırılmış təklif irəli sürdük və ATƏT rəhbərliyi də əvvəlki dövrlərdən fərqli olaraq, bu təklifin müzakirə olunacağını bildirdi. İndi biz bu təklifin necə həyata keçməyini gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm