Bakı-Sumqayıt şossesinin girişində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb





 Bakı-Sumqayıt şossesində aparılan təmir işləri ilə əlaqədar Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılıb.

Bu barədə "APA-Economics”ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan və Biləcəri enişi (Rəşid İsmayılov küçəsi) vasitəsilə Biləcəri dairəsindən istifadə etməklə yollarına davam etmələri tövsiyə olunur.