Bakıda fahişələrə başçılıq edən qadın tutuldu

Qadınları fahişəliyə cəlb edən şəxs ifşa olunub



Bakıda qadınları fahişəliyə cəlb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əməliyyat Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Rəfiqə Mansurova saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.