Bakıda qadın döyülüb, qabırğaları sındırılıb




Bakının Nəsimi rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Sherg.az" report.az-a istinadən bildirir ki, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb.

Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.