Bakıda qətl: qayınatasını öldürdü





Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, noyabrın 3-də Bakı şəhər sakini Xəqani Mirzəli Suraxanı qəsəbəsində yaşayan Asəf Nəbiyevin (keçmiş qayınatası) evində olarkən aralarında baş vermiş münaqişə zəminində itələyərək onu yıxıb və hadisə yerini tərk edib.
A.Nəbiyev hadisə yerində dünyasını dəyişib.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.