Bakıda xarici vətəndaşın maşınını yardılar: “İçərisində 1600 manat olan pulqabı oğurlanıb





Yanvarın 25-də əcnəbi vətəndaşa məxsus "BMW” markalı avtomobildən içərisində 1600 manat olan pul qabı oğurlanıb.

DİN-dən "Sherg.az”a verilən məlumata görə, hadisə ilə bağlı əcnəbi vətəndaş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edib.

 Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb. Araşdırma aparılır.

Ayyət