Bakıda zavodda güclü yanğın başlayıb




Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

"Sherg.az"ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Keşlə qəsəbəsində yerləşən Təkrar Qara Metal Zavodunda yanğın davam edir.


Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.