Baş konsul avtobus qəzasından danışdı: "Yaralılar xəstəxanaya yerləşdiriliblər"




"İstanbuldan Azərbaycana gələn, içərisində azərbaycanlıların olduğu avtobusun qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətinə hərəkət edib: "Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

12:05
İstanbuldan Azərbaycana gələn sərnişin avtobusu Qarsda qəzaya düşüb.
APA-nın məlumatına görə, bu barədə "Hürriyyət” xəbər yayıb.
Hadisə nəticəsində 30 nəfər yaralanıb.