Bastrıkin 3 yaşlı Zəhranın ölümünü nəzarətinə götürdü
19:51 18.02.2018
Arxiv
729
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Moskvada uşaq baxçasında donaraq ölən üç yaşlı azərbaycanlı qızın cinayət işininin istintaqını şəxsi nəzarətinə götürüb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya İstintiq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Yeni Moskvada yerləşən uşaq baxçasında 3 yaşlı Zəhra Rzayevanın ölməsi ilə bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin 109.2-ci (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) və 293-cü maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparıldığı bildirilib. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məlum cinayət işlərinin istintaqını şəxsi nəzarətinə götürdüyü də qeyd olunub. A. Bastrıkin ona istintaqın gedişatı barədə operativ rejimdə məruzə olunmağı tapşırıb. İstintaq Komitəsinin sədri Zəhra Rzayevanın uzun müddət küçədə böyüklərin nəzarəti olmadan qalması barədə məlumatın diqqətli şəkildə yoxlanılmasının, baş vermiş faciənin bütün səbəblərinin müəyyən olunmasını, günahkarların məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb: "Faciə ilə nəticələnən, uşağın olümünə səbəb olan bu fakt laqeydlilik, qeyri-insanlıq və diqqətsizlikdir".
Qeyd edək ki, hadisə fevarlın 16-da Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından birinin, azərbaycanlı, 2014-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər.
Rzayevlər ailəsinin yaxınlarının APA-nın Moskva müxbirin verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət