BAXCP-nin Prezident seçkilərində namizədi kim olacaq ?





"Yaxın 10 gün ərzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.

Bu barədə BAXCP sədrinin müavini Elçin Mirzəbəyli məlumat verib. 

Təmsil etdiyi partiyanın seçkiyə hansı formada qatılacağı ilə bağlı məsələyə münasibət bildirən E.Mirzəbəyli bildirib ki, BAXCP seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti, o cümlədən partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır: 

"Partiyanın seçkilərdə iştirakının forması və prezidentliyə namizədinin müəyyənləşməsi ilə bağlı yekun qərar təşkilatın seçkili orqanında - Ali Məclisdə veriləcək. BAXCP daha çox siyasi partiyanın bir araya gəlməsində və seçkilərə vahid namizədlə qatılmasında maraqlıdır. Hesab edirik ki, Azərbaycanın ölkənin milli maraqlarından çıxış edən, yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənən, istiqlal məfkurəsinə, milli və bəşəri dəyərlərə, hüququn aliliyi prinsipinə sadiq olan, ölkənin birliyini və bütövlüyünü siyasi maraqlarından üstün tutan güclü müxalifətə ehtiyacı var. Bunun üçün də siyasi partiyalar bir araya gəlməyi və güzəştə getməyi bacarmalıdır”.

İsmayıl