BBC yaydı: 6 yaşlı uşağa təcavüz edib öldürənə edam cəzası verildi

Pakistanın Kasur şəhərində qaçırdığı 6 yaşlı Zeynəb Ənsarıya əvvəl təcavüz edib, ardından boğaraq öldürən 24 yaşlı İmran Əli haqqında qərar açıqlanıb.
Sherg.az BBC-yə istinadən xəbər verir ki, Pakistan məhkəməsi qatil Əlini 4 dəfə edam cəzasına məhkum edib.
Onlarla hal şahidinin ifadə verdiyi  məhkəmədə DNT nümunələri də təqdim edilib.
Yerli media, Əlinin cinayətini etiraf etməsindən sonra vəkili də  iddiadan çəkilib.
Əli uşaq qaçırma, cinayət, terror və cinsi təcavüzdə günahlarındırılaraq 4 dəfə edam cəzası və 3,2 milyon rupee (29 min dollar) pul cəzası verilib.
Polis Əlinin eyni bölgədə əvvəl başqa qız uşaqlarını da qaçırılıb eyni şəkildə öldürülməsiylə əlaqəli olduğunu düşünür.
Zeynəbin ailəsinin səyiylə ortaya çıxan təhlükəsizlik kamerası görüntüləri sonrasında, Əli 23 yanvarda tutularaq nəzarətə alınmışdı.
Etirazlarda 2 adam ölmüşdü
Zeynəbin cansız bədəni 9 yanvarda Lahor əyalətinin cənubundakı Kasurda bir zibillikdə tapılmışdı.
Zeynəbin boğularaq öldürüldüyünün açıqlanmasından sonra  şəhərdə etiraz nümayişləri təşkil edilmiş, etirazlarda polis bölməsinə hücum etməyə iki nəfər təhlükəsizlik güclərinin açdığı atəş nəticəsində öldürülmüşdü.
Zeynəbin ailəsi də itkin xəbəri olduğu halda polisin hərəkətə keçmədiyini söyləyir.
Mobese görüntülərinin isə polis tərəfindən deyil, Zeynəbin qohumlarının səyiylə ortaya çıxarıldığı bildirilir.
Təhlükəsizlik kamerası görüntülərində Zeynəbin bir nəfər tərəfindən aparıldığı görülür.
Kasur polisi son iki ildə şəhərdə 12 bənzər cinayət törədildiyini açıqlayıb.