Bədbin proqnoz: "Neftin qiyməti ucuzlaşacaq" - 60 dollardan da az olacaq
13:46 01.02.2018
Arxiv
1014
Natiq Cəfərli: "Amerikada hasilat artır və bu ölkənin neft hasilatı 2-3 həftə ərzində Səudiyyə Ərəbstanı və Rusiyaya çatacaq. Bu da neftin qiymətinə mənfi təsir göstərəcək"
"Neftin qiyməti ucuzlaşacaq yəni, bu ilin mart-aprel aylarında qiymət 60 dollardan da az olacaq”
Bu barədə "Sherg.az” iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, neftin qiymətinin artmasının kökündə iki səbəb dayanır:
"Birinci səbəb Neft İxrac Edən Ölkələr Birliyi(OPEC) və Rusiya anlaşması idi ki, onlar gündəlik 1.8 milyon barel azaltmaqla bağlı razılığa gəldilər. Bu da neftin qiymətinə təsir göstərdi. Həmçinin ötən ilin sentyabr ayından etibarən ciddi siyasi hadisələr baş verdi. Hərbi müdaxilələr və gərginlikər yarandı. Neftlə zəngin ərazilərdə - İranın Şimalı, Səudiyyə Ərəbistanı və Yəmən arasında qarşıdurma yarandı. Yəməndən Səhudiyyə Ərəbistnına roket atıldı. Şimalı İraqda Kürdüstanın müstəqilliyinə dair keçirilən referendum çox pis qarşılandı.
Və Şimalı İraq neftinin dünya bazarına çıxarılması əngəlləndi. Təqribən günə 800 min barel neft azaldı. Kərkük-Yumurtalıq Ceyhan kəməri bağlandı.Yəni siyasi səbəblər oldu.
Bütün bunlar neftin qiymətinin yüksəlməsinə gətirib çıxardı. Həmçinin dollar indeksi aşağı düşdü. Bu da neftin qiymətinin bahalaşmasına səbəb oldu. Çünki ucuz dollar bazarda nisbətən baha neft demək olur. Hazırda biraz bazarda sakitlik höküm sürür. Brend markalı neftin qiyməti 71 dollara qədər yüksəlmişdi. Amma, bu gün neftin qiyməti 68 dollara qədər enib.
Ola bilər ki, gələcəkdə neftin qiyməti yenidən ucuzlaşsın. Çünki qış mövsümündə neftə tələbat artır. Amma indi nisbətəndə olsa qiymətlər azalacaq. Amerikada hasilat artır və bu ölkənin neft hasilatı 2-3 həftə ərzində Səudiyyə Ərəbstanı və Rusiyaya çatacaq. Bu da neftin qiymətinə mənfi təsir göstərəcək. Qiymətlər aşağı düşəcək. Həmçinin dolların mart ayında bahalaşması gözlənilir ki, bu da neftin qiymətinə təsir göstərəcək".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm