Belçikada Türkiyə vətəndaşlarına hücum: Yaralılar var




Belçikada Türkiyə vətəndaşlarına silahlı hücum olub.

Hadisə Antverpen şəhərində baş verib. Вelçika mətbuatının məlumatına görə, ata və oğul Brederod küçəsində Türkiyənin iki vətəndaşına silahlı hücum edib. Onların açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan biri qarşıdurma tərəflərini ayırmaq istəyən şəxsdir. O da Türkiyə vətəndaşıdır.

Polis faktla bağlı iki nəfəri saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

"Report” bildirir ki, hadisəni törədənlərin bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.