Benzinin qiyməti 3-5 qəpik ucuzlaşa bilər
20:51 03.02.2015
Arxiv
685
Manatın möhkəm olması indiki şəraitdə ölkə iqtisadiyyatı üçün heç də məqbul deyil
Nazirlər Kabinetinin yeni qərarı ilə ölkəyə gətirilən benzin üçün müəyyən olunan aksiz vergisi azaldılıb. Yeni qərara əsasən 95-dən az oktanlı avtomobil benzinlərinin hər tonu üçün aksiz dərəcələri 200 manat, 95-dən çox, 98-dən az oktanlı benzinlər üçün 80 manat, 98-dən çox oktanlı benzinlər üçün 120 manat müəyyən olunub.
Hər 3 benzin növü üçün indiyədək müəyyən olunan qiymətlər 250 dollar olub. Digər benzin növlərinə gəlincə, indiyədək 1 dollar həcmində müəyyən olunan aksiz dərəcəsi bundan sonra 1 manat dəyərində qiymətləndiriləcək. Ekspertlərin fikrincə, aksiz vergisinin azaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarı istehsalçıların yükünün azaldılması məqsədi daşıyır. Verginin manatla müəyyən olunmasına gəlincə, mütəxəssislərin fikrincə, bu, dolların kursundakı enişlə bağlıdır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert İlham Şaban isə hesab edir ki, bu qərarda əsas məsələ aksiz vergilərinin aşağı salınması deyil, əsas məqam aksiz vergilərinin dollarla yox, manatla müəyyənləşdirilməsidir: "Bununla əlaqədar da ucuzlaşma üçün müəyyən bir cığır yaranıb. Başqa bir məsələ də var ki, müəyyən dövrdən sonra manatın dollara kursu dəyişə bilər. İndi bir dollar 0, 78 qəpikdir. 3-5 aydan sonra isə manatın dollara kursu 0. 78-dən 0.90 qalxa bilər. Belə bir ehtimalı heç vaxt istisna etməməliyik. Belə olan təqdirdə isə bir ton üçün 250 dollar olan aksiz dərəcəsinin 200 manata endirilməsi arasında nə fərq olur? Məsələyə bu konteksdən yanaşdıqda benzinin qiymətində 3-5 qəpik ucuzlaşmanın müşahidə olunması realdır. Yəni istehsalçıların yükünün azaldılması baxımından benzinin pərakəndə satış qiymətlərində də müəyyən oynamalar ola bilər, amma bu onların istək və insafından asılıdır”. Nazirlər Kabinetinin müvafiq qərarından sonra istehsalçılara əlavə qazanc qaldığını vurğulayan ekspertin sözlərinə görə, müəyyən müddətdən sonra bazardakı kurs dəyişsə, iş adamları sırf maliyyə məsələsi baxımından əvvəlki qazancla indiki arasında heç bir fərqi qalmayacaq.
Aksiz vergisinin manatla müəyyən olunmasına gəlincə isə bunun sadə bir proses olduğunu vurğulayan İ.Şaban bildirib ki, bu dəyişikliklər ölkə başçısının məlum çıxışı ilə bağlı olub. Ölkə prezidenti "regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən toplantısında bildirib: "Manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq”. Manatın möhkəm olmasının indiki şəraitdə ölkə iqtisadiyyatı üçün heç də məqbul olmadığını deyən ekspertin sözlərinə görə, Rusiya, Qazaxıstan, Türkmənistan kimi ölkələr öz valyutalarını ucuzlaşdırdılar: "Türkmənistan manatı birdən-birə 22 faiz ucuzlaşdı. Çünki resursdan asılı olan ölkələr adətən bu cür addımlar atırlar. Bir növ bu büdcəyə xidmət üçün instrumentdir. Özünün əsas resurslarını dollarla satan ölkə həmin vəsaiti milli valyutasına çevirir. Milli valyutanın qiyməti aşağı olduqda isə dollardan bir qədər artıq vəsait edir. Dövlət də həmin vəsaitlə öz vətəndaşlarına əməkhaqqı verir, layihələrə pul ayırır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual