“Bıçaq artıq sümüyə dirənib"



"Danışıqlardan qaçmaq Ermənistanın ilk işi deyil, 25 ildir ki, belə edirlər”.

Bunu Sherg.az-a Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib. 

O bildirib ki, bütün beynəlxalq təşkilatlar, Avropa İttifaqı, ATƏT-in Minsk qrupu və güclü dövlətlər Ermənistana təsir və təzyiqlər göstərməlidir:

"Artıq bıçaq sümüyə dirənib. Neynəmək olar? Beynəlxalq ictimaiyyət təsir gücünü artırmalıdır. Ermənistan sülh istəmir. Azərbaycan isə sülh istəyir. Bizim mövqeyimizi qorumaq lazımdır. Azərbaycanın haqq səsini müdafiə etmək vacibdir. Dövlətimiz öz ərazi bütövlüyünü necə qoruyacağını özü bilər”.

Ayyət Əhməd