“Biz parlament seçkilərinə blok şəklində qatılacağıq”
20:47 02.03.2015
Arxiv
690
Sərdar Cəlaloğlu: “Eyni zamanda əgər Müsavat Partiyası arzu edərsə, onlarla da seçkidə birlikdə iştirak edə bilərik”
Parlament seçkiləri yaxınlaşdıqca, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar aktivlik nümayiş etdirirlər. Xüsusən müxalif partiyalar deputat mandatı əldə etmək uğrunda nəzərə çarpacaq dərəcədə fəallıq göstərirlər. Artıq bu istiqamətdə bir sıra seçki blokları da yaradılıb. Amma bəzi partiyalar parlament seçkilərinə təkbaşına qatılmaq qərarı alıblar.
Bütün hallarda siyasi qurumlar mərkəzdə və rayon təşkilatlarında seçkilərə hazırlıqla bağlı müəyyən işlər görürlər. Lakin hələlik gözləmə mövqeyini seçən partiyalar da var. Seçkiyə hazırlıqla bağlı "Şərq”in suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu düşünür ki, seçkilərə hazırlıqdan öncə izlənilməsi mühüm olan proseslər var. Vaxtı gələndə, seçkilərə hazırlığa start veriləcək...
- Sərdar bəy, ADP parlament seçkilərinə hazırlaşırmı?
- Sözün düzü, hələlik partiyada parlament seçkilərini ciddi gündəmə gətirmirik. Çünki bu məsələlərlə bağlı aprel və may aylarından etibarən fəal işləməyə başlayacağıq. İndidən müzakirəyə başlamaq mənasızdır, çünki uzun vaxtda müzakirə ediləcək bir şey yoxdur. Onsuz da partiyanın əsas mövqeyi bəllidir.
- Bəs, partiyada nə iş görülür, yəni indiki halda hansı məsələlər müzakirə olunur?
- Bu dəqiqə bir nömrəli məsələ regionda gedən kritik məsələlər və onların Azərbaycana təsiridir. İndi bütün siyasətçilər bunu düşünməlidir. Gözləməliyik, görək Rusiya-Ukrayna məsələsi bölgəyə hansı "yenilikləri” gətirəcək. Dünyanı cənginə alan iqtisadi böhran Azərbaycana necə təsir edəcək. Düzdü, seçki bizim qrup marağımızdır, amma milli və dövlət marağını nəzərə almayan bəzi siyasi qüvvələr bir il seçkiyə hazırlaşsalar da, heç nə dəyişməyəcək.
- Hər halda partiyaların çoxu seçki hazırlığı içindədir. Əksəriyyət bloklara üstünlük versə də, müstəqil şəkildə seçkiyə getmək istəyənlər də var. Siz seçkilərə hansı formada qatılmaq fikrindəsiniz, blok şəklində, yoxsa təkbaşına?
- Çalışacağıq ki, parlament seçkilərinə siyasi blok şəklində qatılaq. Hazırda bizim "Qarabağ” blokumuz var. Eyni zamanda əgər Müsavat Partiyası arzu edərsə, onlarla da seçkidə birlikdə iştirak edə bilərik.
- Hər zaman ADP ilə isti münasibətdə olan Müsavat niyə bu dəfə parlament seçkilərinə tək getmək qərarı verib?
- Seçkilərdə birgə iştirakla bağlı Müsavata əməkdaşlıq təklif etmişik. Hətta sözügedən partiya ilə 2005-ci ildə əməkdaşlıq təcrübəmiz olub. Sadəcə, indi partiyaya yeni rəhbər təyin olunub və qurumun daxilində təzə situasiya formalaşıb. Daxildə parçalanmalar, intriqalar və s. mövcuddur. Belə olan təqdirdə biz əvvəlki təcrübəmizi bu gün təkrarlaya bilmirik. Fikrimcə, məsələnin kökü bundan qaynaqlanır.
- Necə düşünürsüz, indiki şəraitdə seçkilərə blokla qatılmaq daha məqsədəuyğundur, yoxsa ayrı-ayrılıqda?
- Müxalif qüvvələrin ətrafa yayılmasının, bir-birinə alternativ bloklar yaratmasının mənası və faydası yoxdur. Blok şəklində seçkilərə qatılmaq daha yaxşıdır. Bu, həm də birliyə daxil olan partiyaların sayı qədər alternativlərin azalması deməkdir. Təbii ki, bütün partiyaların bir blok altında birləşməsi şərt deyil, heç mümkün də deyil. Sadəcə olaraq partiyaların bir-biri ilə razılaşdırılmış formada birgə seçkiyə getməsi müxalifətin uduşu olar. Məncə, müxalifətin özü-özünə alternativ cəbhə yaratması yanlış tendensiyadır. Təəssüflər olsun ki, hələ bizim müxalifətdə mütərəqqi anlayış formalaşmayıb.
- Milli Şura martın 15-də mitinq keçirmək qərarı alıb və aksiyaların davamlı olacağını bildirib. Müxalifət lideri kimi mitinqlərə münasibətiniz necədir?
- Mitinq keçirmək yanlış addımdır. Nə qədər ki, Ukraynada müharibə davam edir, belə şeylərdən uzaq olmaq lazımdır. Çünki orada yaşayanlar bir anın içində Azərbaycana da sıçraya bilər. Əgər müxalifət düşərgəsi "qaş düzəltmək istədiyi yerdə, vurub gözü də çıxartmaq” istəmirsə, mitinqlərdən, aksiyalardan uzaq olmalıdır. Suriya müxalifəti düşünmədən, İraqda uzun müddət davam edən terror hadisələrini nəzərə almadan, ölkədə radikal dəyişikliyə nail olmaq üçün ayağa qalxdı. Nəticədə bu gün Suriya adında bir dövlətdən söhbət getmir. Eləcə də, Azərbaycanda Ukrayna və Rusiyadakı gərginlikləri nəzərə almadan hər hansı neqativ ictimai-siyasi hadisə törətmək millətə və dövlətə çox baha başa gələ bilər. Görünür, mitinq həvəskarı olan bəzi müxalif qüvvələr ancaq elə Suriya müxalifəti qədər düşünə bilirlər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm