“Biz separatçı rejimi tanımırıq” - Ziyafət Əsgərov
17:26 12.03.2019
Arxiv
603
"Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır”.
Bunu Milli Məclis sədrinin birinci müavini "Ölkə.Az”ın suallaırnını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan danışıqlardan qaçmaq, pozmaq üçün hər zaman müxtəlif bəhanələr atır.
"Format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin və s. Bəllidir ki, bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir”.
Z.Əsgərov əlavə edib ki, Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir:
"Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane törətməyə çalışır. Ona görə də Minsk qrupu da hesab edir ki, danışıqlar formatı dəyişilməz olaraq qalmalıdır. Bu istiqamətdə danışıqlar gedəcəksə, biz bunun tərəfdarıyıq. Amma Ermənistan imitasiya yaradır, danışıqların aparılmasını pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallardan biz istəyirik ki, münaqişədanışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq”.
Milli Məslis sədrinin birinci müavini onu da bildirib ki, Paşinyanın danışıqlardan qaçsa da, Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub:
"Ermənistan rəhbərliyi bu prosesi ləngitmək, qeyri-səmimilik göstərmək, təxribatlar etmək bu onların köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Danışıqlar prosesi bizim istədiyimiz nəticə - beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunmasını istəyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm