BMT-nin Təhlükəsizlik Şurası 5 dövlətin əlində qalıb
19:43 27.02.2015
Arxiv
812
Quruluş yenilənməsi yaxın perspektivdə real görünmür
"BMT Təhlükəsizlik Şurası indiki reallıqları əks etdirmir. Ona görə də Şura yenilənməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, 5 daimi üzvü olan Təhlükəsizlik Şurasında sadəcə bir dövlətin qərarı ilə Suriyada müharibə dayanmaya bilər. Yəni bütün dünyanın taleyi bir ölkənin ağzından çıxan sözə bağlıdır: "BMT inam və etibarını itirib. Bu gedişlə özünü məhv edəcək. Orada Afrikanı, müsəlmanları təmsil edən varmı? Yoxdur. Mən dini ayrı-seçkilik etmək istəmirəm, amma bu qurum hər kəsi təmsil etməlidir. Bu təşkilat dünyanın həqiqətlərini əks etdirmir. Yenilənməli, ədalətli olmalıdır”.
Nəzərə alsaq ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun müddətdir həyata keçməyən 4 qətnaməsi var və dünyanın mərkəzində Fələstin xalqı illərdir qan ağlayır, onda Çavuşoğlunun təklifinə haqq qazandırmaq olar. Əksər ekspertlər də hesab edirlər ki, BMT-nin Təhlükəsizlik Şurası öz təsir gücünü və nüfuzunu itirib. Məsələni şərh edən politoloq Fikrət Sadıqov yeniliyin müsbət addım olacağını düşünsə də, yaxın perspektivdə belə bir dəyişikliyin baş verəcəyini mümkünsüz sayıb: "İkinci Dünya müharibəsindən sonra yaranan BMT xeyli müddət öz gücünü qoruyub saxlayıb. Amma indi bu təşkilat vaxtı ilə dünyanı bölüb-parçalayan bir neçə güclü dövlətin qapalı təşkilatına çevrilib. Həmin dövlətlər strukturu elə qurublar ki, yeni üzv seçilməsi çox mürəkkəb məsələyə çevrilsin. Ona görə də indiki halda Təhlükəsizlik Şurasında yenilik etmək çətindir. Əslində TŞ-yə namizədliyini irəli sürən ölkələr çoxdur. Bunların içərisində Hindistan, Pakistan və Braziliya da var. Həmin ölkələr dünyada baş verən proseslərin həllində yaxından iştirak etmək istəyirlər”. F.Sadıqovun sözlərinə görə, yeni dünyada güc və söz sahibi olan bir sıra dövlətlər TŞ-yə daxil olsaydılar, mühüm dəyişiklik baş verə bilər: "Məsələn, Almaniya və Yaponiya kimi aparıcı dövlətlərin Şuraya girməsi müəyyən mənada problemlərin həllində müsbət rol oynayar. Təsəvvür edirsiz, Avropanın aparıcı dövləti olan Almaniya TŞ-nin üzvü deyil. Yəni bu prosesdə paradokslar var. Əlbəttə, Şuradakı hər hansı yenilik bütün məsələləri həll edə bilməz. Amma ən azından bir neçə problemin və münaqişənin həllinə öz töhfəsini verər”.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə deyir ki, Çavuşoğlunun açıqlaması Türkiyə Prezidenti Ərdoğanın apardığı təbliğatın tərkib hissəsidir: "Ərdoğan iddia edir ki, BMT-nin Təhlükəsizlik Şurası dünyaya hegemonluq etmək istəyən beş dövlətin əlində qalıb. Amma bunların hamısı populist çıxışlardı. Hələ 1990-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının üzvlərinin artırılması məsələsi gündəmdə idi. O zaman Şuraya iki yeni dövlətin daxil olması nəzərdə tutulurdu. Onlardan biri Yaponiya, digəri isə Almaniya idi. Yəni Ərdoğanın söylədiyi kimi, Təhlükəsizlik Şurasının heç vaxt 20 üzvü olmayıb. Hesab edirəm ki, Almaniya və Türkiyə dövlətlərinin TŞ-yə girməsi belə indikindən fərqli mənzərə yaratmayacaq. Əksinə, daha çox ölkə daha artıq maraq və bölünmə demək olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm