"Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür”
"Borclu vətəndaşların xaricə çıxışının yasaqlanması problemli kreditləri artırır"
12:50 01.02.2018
Arxiv
1530
“İnsanlar burada özünə iş tapa bilmir, qonşu ölkələrdə işləyib, pul qazanır və kredit borcunu ödəmək üçün ölkəyə qayıdır"
"Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür”
"Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür”
"Vətəndaş krediti qaytara bilmirsə, bank onu məhkəməyə verməlidir. Məhkəmə bankın xeyrinə qərar verərsə, bu, qanuni qüvvəyə mindiyi vaxtdan üzrsüz səbəbdən borc ödənilmədiyi təqdirdə şəxsin ölkədən çıxışına qadağa qoyula bilər”.
Bu barədə "Sherg.az”a bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib. Onun qənaətincə, icra məmuru vətəndaşın əmlakı olduğu halda qəsdən krediti ödəmədiyini sübut etməlidir:
"Vətəndaşlara dəfələrlə demişəm ki, qanunsuz şəkildə ölkədən çıxışınıza qadağa qoyulursa, şikayət edin. Amma bəzi banklar borcu olanların qanunsuz şəkildə ölkədən çıxışa qadağa tətbiq edilməsinə nail olur. Hüquq mühafizə orqanı Dövlət Sərhəd Xidmətinə müraciət edir, vətəndaşın ölkədən çıxışına qadağa qoyulur. Halbuki bu, məhkəmə qərarı olmadan qanunsuzdur. Amma son bir ildə kiminsə ölkədən çıxışına məhkəməsiz şəkildə qadağa qoyulmasına rastlaşmamışam”.
Vaxtı keçmiş krediti olan şəxslərə sərt qadağaların tətbiq edilməsinin nəticələrinə toxunan Ə. Həsənov vurğulayıb ki, bu problemli kreditlərin həcminin artmasına səbəb olur:
"Çünki çox insan burada özünə iş tapa bilmir, qonşu ölkələrdə işləyib, pul qazanır, kredit borcunu ödəmək üçün ölkəyə qayıdır. Getmə səbəbini bilmədən vətəndaşın ölkədən çıxışına qadağa qoyulması, üstəlik pulu olmadığı halda kreditin ödənişini tələb etmək sadəcə zülmdür”.
Ekspert onu da əlavə edib ki, deputat Əli Məsimlinin problemli kreditlərin restrukturizasiyası ilə bağlı təklifi məsələni həll etməyə imkan yara bilər:
"Restruktizasiya verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsidir. Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB) dollar əmanətləri üzrə faizləri birtərəfli qaydada endirdi. Faktiki əməliyyat şərtlərini qanunsuz şəkildə restruktizasiya etdi. Bunu isə faizi verə bilməməklə əsaslandırdı. Belə çıxır ki, bankın vətəndaşa borcu olduqda faizləri endirə bilər, amma vətəndaşın banka borcu olanda qanun yada düşür.
Bütün bu problemlərin həlli üçün deputatın təklif etdiyi qanun qəbul olunarsa, faydalı olacaq”.
Qeyd edək ki, deputat Ə. Mənsimli Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin təhlükəli həddə çatdığını vurğulayıb. Onun sözlərinə görə, problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm rol oynaya bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm