"Bu addım iqtisadçılara bəraət qazandırdı" -Qərar geri oxunur
10:40 07.02.2018
Arxiv
1325
Fuad İbrahimov: "Atılmış yeni addım xarici qonaqlarmızın fəaliyyətini asanlaşdıracaq. Turistlər respublikamızda olan restoran, hotel,əyləncə mərkəzlərindən asanlıqla istifadə edəcək"
"Valyuta mübadilə məntəqələrinin yenidən açılması düzgün və səmərəli bir addım oldu”.
Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Fuad İbrahimov bildirib.
Onun söylədiyinə görə,valyuta mübadilə məntəqələrinin bağlanması səhv addım idi:
"Həmin vaxtlar müstəqil ekspertlər bu barədə fikirlərini söyləməsinə bəxmayaraq, səhv qərar qəbul olundu.Mübadilə məntəqələri bağlandı. Sanki dollarnan bağlı olan problemin, manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsinə məhz bu məntəqələr şərait yaratmışdır.Ancaq bu, elə deyildi. Valyutadəyişmə məntəqələri bağlanan kimi,"qara bazar" yarandı. Və optimal sürətlə gizli iqtisadiyyatı maliyyələşdirməyə başladı.
Bu da öz növbəsində böyük problemlərə gətirib çıxara bilərdi. Valyuta mübadilə məntəqələri bağlanması ilə bütun səlahiyyətlər banklara verildi. Bankların şənbə,bazar günü işləməməsi bu işin dinamikliyi və elastiqliyini pozdu. Nəinki xarici vətəndaşlar hətta,öz vətəndaşlarımızın da təcili yaranan ehtiyacını vaxtında həll edə bilmədi. Bu da məcburiyyət qarşısında "qara bazar"ın aktivləşməsini stimulaşdırmış olurdu.
Nəhayət, indi valyuta mübadilə məntəqələrinin açılma qərarı verildi. Verilmiş yeni qərar vaxtilə fikri təsdiqlənməyən ekspertlərə bəraət qazandırdı. Qonşu dövlətlərə diqqət yetirsək, müşahidə edərik ki, həmin ölkələrdə valyuta dəyişmə məntəqələrini sayı-hesabı yoxdur. Əvvəl atılmış səhv addımın aradan qaldırılmasının Azərbaycanın iqtisadiyyatına makro dərəcədə olmasada, nisbətən müsbət təsir göstərəcək. Çünki Azərbaycan turizm cəhətdən prespektivi olan ölkədir.Yaxın zamanlarda Novruz bayramı, yay fəslinin yaxınlaşması münasibəti ilə ölkəmizə çoxsaylı turist gələcək. Atılmış yeni addım xarici qonaqlarmızın fəaliyyətini asanlaşdıracaq.
Turistlər respublikamızda olan restoran, hotel,əyləncə mərkəzlərindən asanlıqla istifadə edəcək. Bütün bunlar turizmi inkişaf etirəcək.Turizimin inkişafı iqtisadiyyatımıza müsbət təsir göstərəcək. Bu nöqteyi nəzərdən valyuta mübadilə məntəqələrinin bağlanması səhv bir addım idi. Yenidən bu cür məntəqələrin bərpası düzgün yanaşma oldu. Ümid edirəm ki, gələcəkdə belə bir səhv addım atılmaz”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm