Sərəncamı yüksək qiymətləndirən təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov "Sherg.az"a söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı çox yüksək səviyyədədir:
"Bu, Azərbaycan Prezidentinin təhsilə və tələbəyə olan diqqətidir" - Ekspert
Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək. Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.
Bundan başqa Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata artırılıb. Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.
Həmçinin Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamı yüksək qiymətləndirən təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov "Sherg.az"a söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı çox yüksək səviyyədədir:"Azərbaycan yeganə ölkdir ki, dövlət büdcəsindən təhsilin bütün pilləsinə vəsait ayrılır. Şəxsən ölkə Prezidenti və Birinci vitse-prezident orta və ali məktəblərin, ali təhsil ocaqları kompekslərinin açılışında iştirak edirlər. Bir neçə gün öncə Azərbacan Dövlət Aqrar Universitetinin yeni korpus və yataqxanasının tikilməsi üçün 15 milyon manata yaxın vəsait ayrılıb. Hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva uşaq bağçalarının açılışda iştirak edir. Azərbaycanın təhsil həyatı ölkə Prezidenti və Birinci vitse-prezidentin nəzarətindədir. Ölkə başçısı bu gün təhsillə bağlı iki mühüm sərəncam imzalayıb. Bu, dünyanın heç bir inkişaf etmiş ölkəsində olmayan addımdır. Birincisi, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. 50-ə yaxın orta ixtisas təhsil müəssisəsində 60 minə yaxın şagird oxuyur. Eyni zamanda peşə təhsil müəssisələrində 30 minə yaxın tələbə təhsil alır. Onların ümumilikdə 31 faizi dövlət hesabına ödənişsiz oxuyurdu. Amma ölkə başçısının imzaladığı sərəncam nəticəsində ödənişsiz təhsil alan tələbələrin sayı kəskin şəkildə artacaq. 2019-cı ildə ödənişsiz təhsil alanların sayı 45 faizə qaldırılacaq. 2020-ci ildə isə 50 min tələbə dövlət büdcəsi hesabına təhsil alacaq. Bu ümumilikdə 120 minə yaxın şəxsin pulsuz ali təhsil alması deməkdir".
2013-cü ildə hazırlanan "Təhsilin inkişafına dair dövlət strategiyası"na diqqət çəkən ekspertin sözlərinə görə, bu strategiyanın əsas istiqamətlərindən biri də bu idi ki, təhsil əlçatan olmalıdır:
"Təhsilin əhatə dairəsi genişlənməlidir. Bu gün ödənişsiz təhsil alanların sayının artırılması eyni zamanda təqaüd alanların təqaüdlərinin kəskin şəkildə qaldırılması dövlət başçısının təhsilə diqqətinin ən bariz nümunəsidir. Təsəvvür edin ki, doktorantura pilləsində təhsil alanlar 180 manat təqaüd alacaq. Bu az rəqəm deyil. Bakalavrlar 110 manat, prezident təqaüdçüləri 210 manat alacaqlar. Bu Azərbaycan Prezidentinin təhsilə və tələbəyə olan diqqətidir. Azərbaycan prezidenti istəyir ki, Azərbaycanın gələcək kadrları öz təhsil ocaqlarımızda yetişsin. Təqaüdlərin artımı tələbələrin sosial rifah halını yüksəldəcək və bu da yekunda Azərbaycanda elm və təhsilin inkişafına gətrib çıxaracaq".
Ayyət Əhməd