Bu da sevginin sonu...

Evlilik təklifini rədd edincə döyüldü və təcavüzə məruz qaldı




Qan donduran qadına şiddət və təcavüz xəbəri bu dəfə Meksikadan gəldi. 23 yaşlı gənc qadın evlilik təklifini qəbul etmədiyi keçmiş sevgilisi tərəfindən döyülüb, təcavüzə məruz qaldı.

Viri Benitez adlı qadın 25 yaşlı Fred Munoz Natarenin evlilik təklifini rədd edərək, şiddət meylli davranışları səbəbiylə sevgilisindən ayrıldı. Bir neçə həftə sonra isə həyatının ən pis gününü yaşadı. Səhər işə getmək üzrəykən qadının evinə gələn Nataren onu gəzintiyə çıxarmaq istədiyini söylədi. Ancaq Viri Benitez bu istəyinin rədd edib işə getmək üzrə olduğunu söyləyincə təcavüzkar keçmiş sevgilisi olan gənc qadını saçlarından sürüyərək avtomobilinə mindirdi. Boş bir qarajda qadını öldürənə qədər döyən Nataren, Viri Benitezin burnunu qırdı və keçinənə qədər gimnastikada istifadə edilən ağırlıq alətləriylə döydü.

Bundan sonra qadın qanlar içində yarı huşsuz halda sevgilisinin təcavüzünə məruz qaldı. Hər şey bitdikdən sonra Viri Benitez özündə güc tapdıqdan sonra çətinliklə getməyə başladı.

Qorxunc haldakı qadına ətrafdakı insanlar kömək etdi. Meksika polisi təcavüzkarı indi hər yerdə axtarır. Gənc qadın üçün ictimai mediada da bir kampaniya başladıldı.