Bu hələ son deyil
07:28 16.02.2019
Arxiv
941
Vergilər Nazirliyi bundan sonra da islahatlar kursunu davam etdirmək niyyətindədir
Azərbaycanda Vergi Ombudsmanı institutunun yaradılması qərara alınıb. Ölkədə vergi inzibatçılığının rəqəmsallaşdırılması prosesinin davam etdiriləcəyini vurğulayan Vergilər naziri Mikayıl Cabbarov həmçinin vergi əməkdaşlarının, xüsusilə audit sahəsində çalışanların bilik və bacarıqlarının artırılması, fəaliyyətinin qiymətləndirilməsi üçün yeni mexanizmin həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Bəs, Vergi Ombudsmanı institutu nədir, bu qurumun əsas hüquq və vəzifələri nədən ibarətdir?
İqtisad elmləri doktoru, professor Fikrət Yusifovun "Sherg.az"a açıqlamasına görə, bu gün Vergilər Nazirliyinin apardığı islahatlar vergi ödəyiciləri ilə dövlət arasında münasibətlərin ən optimal variantının formalaşdırılmasını hədəfləyir:
"Bir sözlə, islahatların fəlsəfəsini vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması təşkil edir. Bu, aparılan islahatların olduqca mühüm tərəfidir. Vergilər Nazirliyinin təşəbbüsü ilə Vergi Məcəlləsində bu ilin yanvar ayının əvvəlindən tətbiq olunmağa başlayan yeniliklər də bilavasitə bu məqsədlərə xidmət edir. Bu hələ son deyil. Vergilər Nazirliyi bundan sonra da islahatlar kursunu davam etdirmək niyyətindədir.
Beynəlxalq təcrübədə yaxşı olan bütün alətlərdən yararlanmaq da islahatların səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan biridir. Bu sırada Vergilər Nazirliyinin vergi ombudsmanı yaratmaq təşəbbüsü təqdirəlayiq bir addımdır. Əslində bu addımla Vergilər Nazirliyi daha çox vergi ödəyicilərinin hüquqlarının qorunmasını təmin etmək niyyətindədir”.
F.Yusifov deyib ki, Vergilər naziri Mikayıl Cabbarovun bilavasitə təşəbbüsü ilə yaradılacaq bu institutun fəaliyyəti vergi ödəyicilərinə mübahisəli məsələləri məhkəməyə çıxarmadan həll etməyə imkan verəcəkdir:
"Bununla da Vergilər Nazirliyində vergi ödəyiciləri ilə mübahisəli məsələlərin həllində əvvəllər mövcud olmuş lüzumsuz təcrübəyə alternativ olan yeni – vergi ödəyicilərinin hüquqlarını daha çox müdafiə edən bir qayda ortaya qoyulmuş olacaq. Vergi ödəyicilərinin hüquqlarının daha yaxşı qorunmasına xidmət edəcək ombudsman institutu vergi ödəyiciləri ilə dövlət arasındakı münasibətlərin etibarlılığının təmin olunmasına da ciddi töhfə verəcək. Vergilər Nazirliyi bu gün vergi ödəyiciləri ilə dövlət arasında münasibətləri elə bir səviyyəyə yüksəltmək istəyir ki, vergi ödəyiciləri öz konstitusiya borclarını məmnuniyyətlə yerinə yetirməyə köklənsinlər. Buna qədər vergi ödəyicilərinin əlindən bu məmnunluğu alan iki ciddi problem mövcud idi. Bunlardan birincisi vergi yükünün ağırlığı, ikincisi isə vergi ödəyicilərinin qabaqdakı dövrlər üçün vergi ödənişləri aparmağa təhrik olunması idi. Aparılan islahatlar birinci problemin – yəni vergi yükünün optimallaşdırılması probleminin həll olunmasına imkan verdi, ikinci problem – yəni qabaqkı dövrlər üçün vergi ödəmək kimi eybəcər bir təcrübəyə isə son qoyulub”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm