"Bu iki böyük gücün Bakını seçməsi Azərbaycanın bölgədəki rolu ilə əlaqəlidir”





"Bir-biri ilə rəqabətdə olan iki böyük gücün görüş yeri kimi Bakını seçməsi Azərbaycanın bölgədəki oynadığı rolla əlaqəlidir”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, əvvəl Bakıya NATO baş komandanı gəlib və onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Prezident Rusiyanın baş qərargah rəisi ilə də görüşəcək: 

"NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov Bakıda görüşürlər. İndi təsəvvür edin ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, belə halda NATO Bakının görüş yeri kimi seçilməsinə razı olardımı? Əsla, yox. Bizi Rusiya tərəfdarı kimi qəbul edərək görüş üçün başqa məkan seçəcəkdilər və bizə verilən status itiriləcəkdi. Hesab edirəm ki, bizi o cür təşkilatlara sürükləmək istəyənlər bunu nəzərə almalıdır”.

İsmayıl