Bu il "Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
11:31 16.02.2019
Arxiv
1102
Azərbaycanda "Formula 1" yarışmasının uğurlu keçməsi həm yerli, həm də xarici marşalların marağını xeyli artırıb.
"Sherg.az" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev deyib.
O bildirib ki, hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır: "Ötən il 1603 nəfərin marşal olmaq istəyi qeydə alınmışdırsa, bu il say 2445 nəfər təşkil edib. Bu, bizim üçün cox sevindirici və qürurvercidir”.
Qeyd edək ki, bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən marşalların görüşü keçirilib. Görüşdə ötən ilin yekunları, fevral ayının əvvəllərində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019-cu il "Formula 1" mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, ümumilikdə "Formula 1" Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçirilməsi məsələləri müzakirə edilib. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.
Məlumat üçün bildirək ki, əgər 2016-ci ildə təlimlər xarici marşallar tərəfindən keçirilirdisə, 2017-ci ildən etibarən bu təlimlərə yerli marşallar rəhbərlik edir.
"Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.
Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm