"Bu, insanlara problem yaradacaq" - Dəyişiklik etiraz doğurdu
15:52 01.02.2018
Arxiv
970
"Adi ağrıkəsici dərmanın, resept əsasında antibiotikin 14 yaşdan aşağı şəxsə satılması problem yaratmaz”.
Bu barədə "Sherg.az”a "Borçalı" İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli bildirib. O qeyd edib ki, 14 yaşına çatmamış şəxslərə dərman satışının qadağan edilməsi narkotikə qarşı mübarizə üçün də effektiv deyil:
"Əczaçılıq sahəsində istənilən dərmanın kodunu, tərkibini dəyişmək olur. Avropa dövlətlərinin bəzi dərmanlarla bağlı ciddi qaydalar qoyulub. Həmin dərmanları tək uşaqlar deyil, böyüklər də aptekdən ala bilmir. Həkimin yazdığı resept onlayn şəkildə birbaşa aptekə göndərilir və aptek onu həmin şəxslərə çatdırır. Bu ona hesablanır ki, vətəndaş özbaşına özünə müalicə təyin etməsin. Əhalinin tibbi təhlükəsizliyini qorumaq üçün həkim təyinatı olmadan dərmanlar satılmır. Ona görə, sözügedən "Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyin heç bir hüquqi, ictimai, tibbi əhəmiyyətini görmürəm.
Doğru qeyd olunur ki, elə insanlar var, övladı ilə tək yaşayır, yaxud ailə aztərkiblidir. Valideyn xəstələndikdə məcbur olub, həkim reseptini övladına verir, yaxınlıqdakı aptekə göndərir. Edilən dəyişiklik qüvvəyə mindiyi vaxtdan bu kimi hallarda insanlar üçün problem yaranacaq”.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Elmira Axundova "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin 13-cü, "Dərman vasitələrinin buraxılması” haqqındakı maddəsində edilən dəyişikliklərdən danışıb. O vurğulayıb ki, bütün dərman vasitələrinin 14 yaşına çatmamış yeniyetmələrə satılmasının qadağan edilməsi düzgün deyil.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm