Bu qərar ləğv olunsa, Azərbaycanda turizm daha da inkişaf edər- Ekspert yol göstərdi

Natiq Cəfərli: "Növbəti addım isə bir çox ölkələrlə vizaların ləğvi olmalıdır. Gürcüstan 108 ölkə ilə 6-7 il əvvəl vizaları ləğv etdi. Bu da Gürcüstana turist axınının armasının əsaslı zəmin yaratdı"
"Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə,beş ulduzlu bahalı hotel konseptlərindən əl çəkməliyik”.
Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə,hazırda turizm Azərbaycanda ilkin mərhələdədir və bu sahə ilə bağlı ilk adımlar atılıb:
"Turizmin inkişafı o qədərdə asan məsələ deyil. Məsələn, Türkiyə 1980-ci ilin əvvələrində turizmlə bağlı müəyyən işlər həyata keçirdi. Və 10-15 ildən sonra bunun bəhrəsini gördü. 1990-cı ilin ortalarından etirabən Türkiyə turistik bir ölkə kimi tanınmağa başlandı. Hazırda da turist qəbul edən 10 ölkədən biridir. Biz turizmdə ilk adımlarımızı atdıq. Və bunun bəhrəsini görməyə başladıq. Son iki il ərzində ölkəyə gələn turistlərin sayında kifayət qədər artım var. Amma bu addımın əsas səbəbi inzibati qərarlarla bağlıdır. Çünki vizaların sadələşdirilməsi düzgün qərar oldu. Artıq elektron viza sisteminə keçirilib. Əvvələr vizalar üç gün ərzində verilirdi. Amma indi onu üç saat ərzində almaq olur. Və bu da turist axınının artmasına gətirib çıxarır. Növbəti addım isə bir çox ölkələrlə vizaların ləğvi olmalıdır. Məsələn, Gürcüstan 108 ölkə ilə 6-7 il əvvəl vizaları ləğv etdi. Bu da Gürcüstana turist axınının armasının əsaslı zəmin yaratdı. Söylədiklərim məsələnin inzibati və texniki tərəfidir".
Azərbaycanın bütün turistlərə eyni münasibət sərgilədiyini vurğulayan ekspert diqqətə çatdırıb ki, əslində turist profilləri fərqlidir:
"Çünki müxtəlif ərazilərdən gələn turistlərin istək və arzuları müxtəlifdir. Məsələn, Şərq və Körfəz ölkələrindən təşrif buyuran qonaqlar sırf istirahət etmək, ləzzətli təamlardan dadmağa gəlir.Onları tarixi abidələr və hotel qiymətləri o qədərdə maraqlandırmır. Yaponiya, Çin, Amerika və Avropadan gələn turist profili tamam başqadır. Onlar sırf gəzməyə, ölkəni tanımağa və tarixi abidələrlə tanış olmağa gəlir. Onlar bir gecəni keçirmək üçün çox pul vermək istəmirlər. Bütün bunları nəzərə almaq lazımdır. Ölkəyə fərqli regionlardan üz tutan qonaqlar üçün müxtəlif turist marşrutları və yanaşmalar dəyişməlidir. Təəssüf ki, Azərbaycanda biz bunu görmürük. Daha çox XXI əsrin turist profilinə uyğun xidmət sahələri yaratmalıyıq. Çünki bu dövrün turisti bir gecəyə 150-200 dollar verib gecələmək istəmir. Əsasən 2-3 ulduzlu hotelər və hostellərdə qalmaq istəyir. Bütün bunları nəzərə alaraq artıq bahalı beş ulduzlu hotel konseptlərindən əl çəkilməlidir. Qonşu dövlət olan Gürcüstanda son beş ildə 100-dən çox hostel açılıb. Bu da ölkəyə turist axınının gücləndirib.Azərbaycanda həmin təcrübədən istifadə etmək lazımdır".
Ekspert onu da diqqətə çatdırıb ki, nə qədər çox ucuz hotel və hostellər açılacaqsa, rəqabətli mühit də bir o qədər güclənəcək:
"Rəqabətli mühit artdıqca həm kefiyyət yüksələcək, həm də qiymətlər aşağı düşəcək. Yəni qiymətlərə müsbət təsir göstərən əsas amil rəqabətli mühitdir. Ona görə də çalışmaq lazımdır ki, turistik obyektlərin sayını artıraq. Bu siyasəti Azərbaycanın hər yerində həyata keçirmək lazımdır. Turizmin inkişafı ölkə iqtisadiyyatının tərəqqisidir”.
Kənan Eynuroğlu