“Bu, seçicilərə hörmətsizlikdir”

“Asəf Hacıyevin deputat fəaliyyətinə son qoymağa haqqı yoxdur”



"Millət vəkili Asəf Hacıyev deputat mandatından imtina edəcək”. Bu barədə parlament üzvünün özü məlumat yayıb. O, addımını yeni vəzifəyə təyin olunması ilə izah edib:

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçildim. Qurum Türkiyənin İstanbul şəhərində yerləşdiyi üçün o şəhərə köçəcəm. Bu səbəbdən deputatlıqdan imtina edəcəm. 2015-ci ilin yanvar ayından etibarən deputatlıq fəaliyyətimə son qoyulacaq”.

Deputatın seçicilər qarşısında məsuliyyət daşıdığını deyən, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə bildirib ki, bu, seçicilərə hörmətsizlikdir: "Millət vəkilinin belə iş görməyə haqqı yoxdur. Ona etimad göstərib, seçənlərin hüquqlarının pozulmasıdır”.

Ayyət Əhməd