Cavad Zərif: “İranla İsrail arasında müharibə riski böyükdür”
16:00 17.02.2019
Arxiv
862
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ və İsrailin hərəkətlərinin Yaxın Şərqdə müharibəyə gətirib çıxaracağını bildirib.
Musavat.com "Reuters” agentliyinə istinadən xəbər verir ki, o bu barədə Münhendə keçirilən Təhlükəsizlik üzrə konfransda bəyan edib.
İranın baş diplomatı İsraili Suriyadakı bombardmanlarla beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. Bundan başqa o , Avropanı olanlara biganə qalmaqda suçlayıb.
"Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yumulmağa davam edilsə risk daha da böyüyüəcək”,-deyə iranlı nazir xəbərdarlıq edib.
Cavad Zərif ABŞ-ın İsraillə eyni şəkildə davranmaqla beynəlxalq hüququ pozduğu düşüncəsində olduğunu bildirib.
Xarici işlər naziri İranın 2015-ci ildə imzalanan nüvə sazişinə sadiq qaldığını, lakin Fransa, Böyük Britaniya və Almaniyanın rəsmi Tehranın bu müqavilədən iqtisadi fayda görməsi üçün az iş gördüyünü söyləyib.
Xatırladaq ki, bu ilin yanvarın 21-də İsrailin Kəşfiyyat və nəqliyyat naziri İsrael Kats ölkəsinin İranla açıq qarşıdurmaya girdiyini və rəsmi Tehranın Suriyada möhkəmlənməsi durumunda münaqişəni dərinləşdirməyə hazır olduğunu deyib.
İ.Katsın bəyanatına cavab olaraq isə İran Hərbi-hava qüvvələrinin komandanı general Əziz Nasirzade müharibəyə hazır olduqlarını və bunun yekununun İsrailin məhv edilməsi ilə nəticələnəcəyini söyləmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya