Cavanşir Məmmədova ağır itki




Əməkdar artist Cavanşir Məmmədovun anası Güllü Məmmədova dünyasını dəyişib. Bu barədə Lent.az-a C.Məmmədovun özü bildirib: 

"Xeyli vaxt idi ki, anam xəstə yatırdı. Bu gün dünyasını dəyişdi. Çox pisəm”.

Əməkdar artist onu da bildirib ki, anasının 3 mərasimi fevral ayının 21-i "Təzə Pir" məscidində keçiriləcək.