
“Cəhənnəmdə böyük çığırtı” kitabının təqdimatı keçirilib
20:03 20.02.2015
Arxiv
618
Vüsalə Mahirqızı: “Bu əsər həm də insanın XX əsrin sonunda başqa insana işgəncə, əzab verəcək təfəkkürlə böyüdüldüyünü göstərir”

Dünən "Lent.az” İnformasiya Agentliyinin "Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş "Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, baş redaktorlar, QHT nümayəndələri iştirak ediblər.
Tədbir "Cəhənnəmdə böyük çığırtı” kitabının müəllifi Vüsalə Məmmədovanın təqdimatında "APA TV”nin hazırladığı süjetlə başlayıb.
Təqdimat mərasimində çıxış edən "APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıqdır Azərbaycan dövləti və prezidenti Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: "Biz bu əsərlə həm də "Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini "TEAS Press” Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın aid olduğu Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb. Biz də insanlıq üçün necə bir təhlükənin mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün kitabın bir çox xarici dillərə tərcümə edilməsinə çalışacağıq”. V.Mahirqızı qeyd edib ki, bu kitab təkcə Dağlıq Qarabağ müharibəsindən, azərbaycanlılara qarşı törədilən soyqırımdan bəhs etmir: "Bu əsər həm də insanın XX əsrin sonunda başqa insana işgəncə, əzab verəcək təfəkkürlə böyüdüldüyünü göstərir. Əsl faciə budu. Bir insanın başqasına bu qədər əzab, işgəncə verməsi üçün onun hansı tərbiyəni, təhsili alması, nə qədər ədalətsiz, aqressiv bir cəmiyyətdə böyüməsi lazımdır. Mən bu kitabı oxuduqca tolerant, müxtəlif dillərdə azad şəkildə danışan, istədiyi dinə sitayiş olunmasında heç bir problem olmayan bir cəmiyyətdə yaşadığıma görə nə qədər şanslı olduğumu düşünürdüm”.
Qeyd edək ki, "Cəhənnəmdə böyük çığırtı” kitabı "APA Holding”in dəstəyi ilə "TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabın ideya müəllifi və redaktoru "Lent.az” İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm