Çernobıl əlillərinə ŞAD XƏBƏR
08:37 12.03.2019
Arxiv
752
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına imkan verib. Bu barədə "Sherg.az"a ƏƏSMN-dən bildirilib.
Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği onlardan I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır. Eyni zamanda, həmin insanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis olunur.
Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.
Qeyd olunan kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.
III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.
Qeyd olunan artımlar cari il aprelin 1-dən tətbiq olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm