Cocuqların günahı nə?





 Dünyanın hər  yerində övladı olmayan, həyatı boyu övlad sevgisi ilə alışıb - yanan valideynlər var. Bir tərəfdən də Allahın bəxş etdiyi bu gözəl nemətə şükür etməyən, öz doğma övladını səbəbsiz yerə uşaqlar evinə atan vicdansız analar, atalar var. Bunlar bir yana, adamı ən çox ağrıdan  küçəyə atılan, səfil həyat yaşayan uşaqlardı... 

Bu il tələbə yoldaşlarımla Bakıdakı görmə əngəlli uşaq evinə baş çəkmişdik. İlk dəfə idi ki, belə bir yerdə  olurdum. Uşaqlar evinin müəllimlərindən biri bizi qrupu ilə tanış etdi . 3 saatı onlarla necə keçirdiksə vaxtdan xəbərimiz olmadı. Ən çox yadımda qalan 9 yaşlı Hüseyn oldu. Soruşdum ki, ən böyük arzun nədir ? Hüseyn dedi ki, "istəyirəm heç bir yerdə müharibə olmasın .Uşaqlar öz valideynlərinin yanında böyüsünlər. Bizim kimi dünyaya tərk edilmiş uşaqlar bir də gəlməsin".

 Millətindən , irqindən, cinsindən asılı olmayaraq dünyanın bütün uşaqları bizim gələcəyimizdir. 1 İyun Uşaqların Müdafiəsi günü dedikdə mən  Suriyadakı  qanlı siyasət nəticəsində hər gün sayı bilinməyən qədər həyatını itirən uşaqları , İsrailin Fələstində başına od yağdırdığı uşaqları, Somalidə bir qurtum suya möhtac qalıb, əbədiyyətə gözlərini yuman uşaqları, Türkiyədə təcavüzə məruz qalmış əcrinləri, Myanma ordusunun Arakanda da diri-diri yanırdıqları uşaqları  və qatil Ermənistanın zəhralarımıza etdiyi zülmləri xatırlayıram. 
Cocuqların günahı nə? Onlar həyatın dadını çıxarmalıdırlar. Gəlin, uşaqların xəyallarının gerçəkləşməsinə yardım edək.

Ayan Rzayeva