“Klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir” “Bəzən yersiz qısqanclıqlar da buna səbəb olur”
Cütlüklər psixoloqların yardımına güvənməlidir
20:02 17.02.2015
Arxiv
669
Ailələrə yad müdaxilələr boşanmaların sayını artırır
“Klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir” “Bəzən yersiz qısqanclıqlar da buna səbəb olur”
“Klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir” “Bəzən yersiz qısqanclıqlar da buna səbəb olur”
Son illər boşanmalar Azərbaycan ailələrinin sözün əsl mənasında, kabusuna çevrilib. Ayrılan cütlüklərlə bağlı açıqlanan rəqəmlərdən heyrətlənməmək olmur. Belə ki, 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb.
Hüquqşünas Müzəffər Baxış isə boşanmaların artmasına səbəb kimi ictimai münasibətlərin inkişaf etdiyini, ailə qurmağın adiləşdiyini göstərib: "Əvvəllər Azərbaycanda ailə çox önəmli bir institut idi. Konstitusiyanın 17-ci maddəsinə görə ailə dövlətin xüsusi himayəsindədir və ailə cəmiyyətin əsas özəyidir. Azərbaycan ailələri çox mükəmməl olublar. Amma ictimai münasibətlərin inkişafı ilə əlaqədar olaraq təsadüfi nikahlar bağlanır. Azərbaycanda boşanmaların əsas səbəblərindən biri xəyanətdir. İnsanlar arasında xüsusi elektron əlaqələrin genişlənməsi elektron xidmətlərlə bağlı şübhələrin artmasına gətirib çıxarır. Əksər insanlar bunu qəbul etmirlər və belə halları aşkar edəndə hökmən boşanmaya gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, digər bir səbəb də sosial problemlərdir. Hüquqşünas hesab edir ki, ailə başçısı ailənin digər üzvünün təminatını lazımi qaydada həyata keçirmədikdə, xanımlar dözümsüzlük göstərirlər. Kişi normal vəsait evə gətirməyəndə xanımlar asan yollar axtarırlar ki, daha təmtəraqlı həyat sürsünlər. Digər xırda səbəblər də var: "Bir səbəb kimi xasiyyətlərin uyğun gəlmədiyini göstərirlər. Ancaq bunlar bəhanələrdir. Digər bir səbəb sonsuzluqdur. Son zamanlar sonsuzluğun sayının artması və bunun aradan qaldırılmasının qeyri-mümkünlüyü ailənin dağılmasına səbəb olur. Buna görə də Azərbaycan cəmiyyətində bağlanan nikahların 10-11 faizi rəsmi qaydada pozulur. Yəqin ki, qeyri-rəsmi qaydada 20 faizə yaxın nikahlar pozulur”.
M.Baxışın fikrincə, bunun qarşısını almaq üçün dövlət müəyyən tədbirlər görməlidir: "Məsələn, Konstitusiyanın 12-si maddəsində təsbit olunub ki, dövlət AR vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməlidir. Yalançı statistikaya görə deyirlər ki, yoxsulluq 5,6 faizdi. Əslində isə insanların əksəriyyəti yoxsulluq vəziyyətində yaşayır. Bu da o məsələlərə öz mənfi təsirini göstərir”.
Mən onu belə tanımırdım
Psixoloq Elnur Rüstəmov problemin səbəbləri və psixoloji aspektləri haqqında danışıb: "Ailələrin adaptasiya prosesini keçə bilmədikləri üçün boşanmağa qərar verdiklərini bildirən psixoloq digər səbəblərdən də danışdı. Onun sözlərinə görə, əsas səbəblərdən biri tərəflərin bir-birini yetəri qədər tanımaması və ya tanıtmaq istəməməsi ilə bağlıdır.
"Tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar. Bir-biri ilə tam səmimi ola bilmirlər və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Sonra da deyirlər ki, mən onu belə tanımırdım, mən onun bu xüsusiyyətlərini bilmirdim, mən bilmirdim onun ailəsində bu kimi problemlər var və s. Halbuki bunları zamanında çox rahat həll etmək olardı”.
Psixoloq boşanma hallarına ailələrin müdaxilələrinin də böyük təsir göstərdiyini qeyd edib: "Klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir. İstər qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də boşanmalara gətirib çıxarır. Bəzən yersiz qısqanclıqlar da buna səbəb olur”.
Boşanma hallarının azalması və qarşısının alınması məsələsinə gəldikdə isə E.Rüstəmov psixoloqa müraciət etməyi məsləhət görür. Onun fikrincə, bu məsələyə peşəkarların cəlb olunması çox yaxşı nəticələr verə bilər. Çünki bəzən boşanan tərəflər zaman keçdikcə, təəssüf hissi keçirir və qərar verərkən tələsdiyini düşünür. Lakin iş-işdən keçmiş olur. E.Rüstəmovun sözlərinə görə, ailə qurmamışdan öncə cütlük psixoloji müayinədən keçsə, daha yaxşı olar: "Tərəflər öncədən bir-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm