Daha 200 şəhidin 318 vərəsəsinə birdəfəlik ödəniş veriləcək
11:06 16.02.2019
Arxiv
974
Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü olaraq şəhidlərin vərəsələrinin birdəfəlik ödənişlə (11 min manat) təmin edilməsi sahəsində işlər davam edir.
"Sherg.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 200 şəhid hərbi qulluqçunun 318 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Yaxın günlərdə müvafiq vəsait onların bank hesablarına köçürüləcək və bu barədə onların telefon nömrələrinə elektron qaydada sms-bildiriş göndəriləcək.
Xatırladaq ki, dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəniş verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-nə qədər şəhid olmuş əlavə 2 725 nəfərin (o cümlədən vərəsələri 11 min manatdan az sığorta ödənişi almış 2 264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələri də aid edilib.
Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb.
Bu günə qədər 3 958 şəhid üzrə 5 462 vərəsəyə birdəfəlik ödəniş verilməsinə dair qərar qəbul olunub və onlardan artıq 3 758 şəhid üzrə 5 144 vərəsəyə həmin ödənişlərin verilməsi təmin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm