Danimarka baş naziri: "Bu terror hücumudur"
22:25 14.02.2015
Arxiv
575
Fransua Olland daxili işlər nazirini Kopenhagenə göndərir
Danimarkanın baş naziri Helle Thorninq-Şmidt Kopenhagendə insan ölümülə nəticələnmiş atışmanı terror hücumu adlandırıb.
ANS PRESS-in məlumatına görə, baş nazir bəyanatı karikaturaçı rəssam Lars Vilkslə görüşün keçirildiyi kafedə atışmadan bir qədər sonra verib. Hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Danimarkanın baş naziri ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini və hər yerdə polis qüvvələrinin yerləşdirildiyini əlavə edib.
Atışma Məhəmməd Peyğəmbərin karikaturalarını çəkmiş rəssam Lars Vilksin yaratdığı komitənin keçirdiyi tədbir zamanı baş verib. 2007-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarını çəkdikdən sonra Lars Vilks təhdidlərlə qarşılaşıb.
Şahidlərin bildirdiyinə görə, silahlı şəxslər kafeyə daxil olaraq atəş açıb, sonra isə qaçıblar. Güllələr kafenin giriş qapısını dəlib keçib.
Vilks atışma zamanı xəsarət almayıb, lakin komitənin nümayəndəsi hadisəni rəssamın həyatına sui-qəsd cəhdi adlandırıb. Tədbirə dəvət edilmiş Fransanın Danimarkadakı səfiri Fransua Zimeray keçən ay Parisdə "Charli Hebdo" dərgisinə hücumun nəticələri ilə bağlı məruzə etməli idi.
Fransa prezidenti Fransua Olland daxili İşlər naziri Bernard Kaznovü qısa müddətdə zamanda Danimarkaya göndərəcəyini elan edib.
Kopenhagenin meri Frank Yensen atışmanın motivləri ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib, lakin hadisənin "ifadə azadlığına qarşı zorakı hücum” olduğunu təəssüflə qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm