Demba Ba: "Allah belə istədi"

Avropa Liqasında 1/16 finalın cavab oyununda Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Əsas vaxtı 1:0 hesabı ilə başa çatan oyunda qalib  penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.
"Beşiktaş” (Türkiyə) - "Liverpul” (İngiltərə) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol: Tolgay Arslan, 73 (1:0)
(İlk oyun - 0:1)
"Beşiktaş"ın ulduzu Demba Ba, matçdan sonra açıqlama verib.
Demba Ba belə danışdı: "Çox yaxşı komandayıq. Çox üst səviyyədə oynamırıq, amma bizdən üstün komandalara qarşı gücümüzü qoya bilirik. Gənc bir komandayıq və birlikdə yetkinləşirik.
Həyat belə, Allah belə istədi. Allah matçın orada bitməsini istəmədi (Dirəkdən dönən mövqe üçün). Bəlkə beləsi daha yaxşı oldu. Həqiqətən qürur duyuram. Avropada çox yaxşı işlər bacardıq. Çətin mübarizələr apardıq. 40 matç oynadıq və sonuna qədər getmək istəyirik. Liqada da çempion olmaq üçün hər şeyi edəcəyik."