Deputat:" Evi ola-ola min fırıldaqdan keçib sosial mənzil almaq istəyənlər olacaq"







"İnsanlar sosial mənzil almaq üçün boşanırsa, valideynlərinin himayəsindən çıxırsa, bunların qarşısını almaq çətin olacaq”.

Bu barədə "Sherg.az”a əhalinin aztəminatlı, gənc ailələri üçün nəzərdə tutulmuş sosial mənzillərdən sui-istifadə hallarından danışarkən millət vəkili Vahid Əhmədov bildirib. O qeyd edib ki, aidiyyəti orqanlar, sosial mənzili verən təşkilat bu məsələləri yoxlamalıdır:

"Sosial mənzilləri müəyyən orqanlarla əlaqə yaratmaqla, kriteriyaları götür-qoy etməklə verməlidir. Şərtlərə uyğun olan namizədlərin sənədləri, sosial durumu ciddi yoxlanmalıdır. Namizədlərin vəziyyəti, sosial durumunun araşdırılması çətin olsa da, bu prosedurlar həyata keçirilməlidir.

 Ancaq bundan sonra mənzilin verilib-verilməməsi qərarlaşdırıla bilər. Mütləq fərqli variantlardan, evi ola-ola min fırıldaqdan istifadə edib, sosial mənzil almaq istəyənlər olacaq. Kifayət qədər ciddi yoxlamalar olsa, sui-istifadə hallarını azaltmaq olar”.


Aysel Aslan