Deputat: “Problemli kreditlərlə bağlı qanun qəbul edilməlidir”





"Azərbaycanda problemli kreditlərin restrukturizasiyası ilə bağlı qanun qəbul olunmalıdır”. 

"Sherg.az" bildirir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib. 

O bildirib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi təhlükəli həddə çatıb: 

"Belə bir qanunun qəbulu kredit problemi ilə üzləşmiş insanların gözləntilərinin özünü doğrultmasında mühüm roy oynaya bilər. Mən təklif edirəm ki, bu qanun qəbul olunmalıdır”.

Anar