Deputatdan sensasion mesaj: "Vaxt Ermənistana işləyir, müharibəni başlamalıyıq !"

Araz Əlizadə "Qarabağ get-gedə unudulur. Ona görə, Azərbaycanda aprel ayında keçiriləcək prezident seçkilərindən sonra artıq problemi həll etməyin vaxtdır”
"Ermənistanda nazir seçkisi olacaq, sonra isə parlament prezidenti seçməlidir. Ona görə, düşmən cəbhədə vəziyyəti gərginləşdirir”.
Bu sözləri "Sherg.az”a son günlər cəbhə xəttində yaranmış gərginliyin səbəbini izah edərkən millət vəkili Araz Əlizadə söyləyib. 
Deputatın fikrincə, hakimiyyətdə olan partiya və qrup cəbhədə vəziyyəti gərginləşdirir ki, ölkədəki faşist qüvvələri səfərbər etsin:
"Biz müharibəni başlayıb, erməniləri İrəvana qədər qovmasaq, nəticə olmayacaq. Danışıqların hamısı nəticəsizdir. Çünki danışıqlar masasında vasitəçilik edən dövlətlərin hər üçü ermənilərin tərəfindədir. Vaxt ermənilərə işləyir. Əvvəl bizə işləyirdi, ordumuzu yaradırdıq, dövlətimizi gücləndirirdik və s. Amma indi elə deyil, çünki Qarabağ get-gedə unudulur. Ona görə, Azərbaycanda aprel ayında keçiriləcək prezident seçkilərindən sonra artıq problemi həll etməyin vaxtdır”.
Aysel Aslan